1573
10:00
19 Aprel 2011

Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Tofiq Hüseynov

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Tofiq Mirsiyab oğlu Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, “Mixaylo” ləqəbi ilə tanınıb. O, rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naraguğ, Mehdikənd və digər istiqamətlərdə qəhrəmanlıqla vuruşub, düşmənin hərbi texnikalarını məhv edib. Mehdikənd əməliyyatı zamanı düşmənin artilleriyası, “Alazan” qurğusu məhv edilib, xeyli erməni öldürülüb, 10 nəfər əsir götürülüb. Bu əməliyyata görə ona mayor rütbəsi verilib. O, 1992-ci il fevralın 26-da düşmənlə axıra qədər vuruşub, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edib. O, axırıncı gülləsinə qədər döyüşüb, sonda qumbara ilə özünü partladıb, 10 nəfərə yaxın ermənini də məhv edibr. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.