13:53
04 Avqust 2008

Qurban Qurbanov “Qarabağ” klubunu çalışdıracaq

Bu gün klub rəhbərliyi ilə bir daha görüşəcək Q.Qurbanovun təyinatı bundan sonra rəsmiləşəcək. Futbolçu karyerasında “Qarabağ”da oynamayan keçmiş hücumçu hazırkı klubunu məşqçi kimi üstələyib. Belə ki, Q.Qurbanov “Neftçi”nin çalışdırıcısı kimi ötən ilin aprelin 27-də Rasim Karanın komandasını Suraxanı stadionunda 2:0 hesabı ilə yenib. Q.Qurbanov məşqçilik fəaliyyətinə başladığı flaqmanı çalışdırdığı 15 ayda gümüş mükafat və UEFA kubokuna vəsiqə qazanıb. 2005-ci ilin iyulunda Avstriyanın “Rid” klubu ilə görüşdə (1:3 və 2:0) mərhələ adlaya bilməyən məşqçi yeni mövsümün 4-cü turundan - sentyabrın 2-də “İnter”lə oyundan (0:0) sonra istefa verib. Bundan sonra klubda idman direktoru vəzifəsində çalışan Q.Qurbanov üç həftə öncə bu postdan da istefa verib. O, idman direktoru kimi fəaliyyətinə üç il öncə futbolçu karyerasını bitirdiyi “İnter”də başlayıb.

Dİgər xəbərlər