1739
16:20
03 Fevral 2011

Çingiz Abdullayevin yeni kitabı təqdim olundu

Lent.az -ın məlumatına görə, tədbiri giriş sözü ilə Kitab Klubunun direktoru Elxan Rzayev açaraq, nəşr barədə qısa məlumat verib. O bildirib ki, kitabın tərcüməçisi Munisə Dadaşqızı, redaktoru Təbəssüm Muxtarovadır. Əsərin tərcüməçisi Munisə Dadaşqızı “Sonuncu divarın daşları” barədə qısaca məlumat verib. Onun sözlərinə görə, kitab Almaniya Demokratik Respublikası dağılandan sonra oradakı ayrı-ayrı şəxslərin həyatından bəhs edir: “Əsərdə eyni zamanda satqın casusdan da söhbət gedir. Əsərin sonuna yaxın isə Dronqo o casusu tapır”.


Daha sonra Çingiz Abdullayev çıxış edərək, əsərlərinin Azərbaycan dilinə tərcümələrindən razı olduğunu deyib. İndiyədək Azərbaycan dilində 70 kitabının işıq üzü gördüyünü diqqətə çatdıran yazıçı qeyd edib ki, onların satışından pul qazanmır. Satışdan əldə etdiyi bütün gəliri Qarabağ köçkünləri və uşaq evlərinə verir.


Ç.Abdullayev maraqlı bir məlumat da verib. Onun sözlərinə görə, Rumıniyada çıxan “Gün altında zülm” kitabına ön sözü oranın 84 yaşlı keçmiş müdafiə naziri yazıb. Lakin kitab işıq üzü görəndən sonra onu həbsə salıblar. Yazıçı bununla əlaqədar olaraq Rumıniya prezidentinə müraciət edib.

Xəyalə Muradlı