224
16:23
21 Dekabr 2010

“Tərsinə çevrilmiş dünya” gələn ilin əvvəli təqdim olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında istehsal olunan “Tərsinə çevrilmiş dünya” filminin səsləndirmə işləri artıq başa çatıb. Kinostudiyadan Lent.az -a verilən məlumata görə, filmin premyerasının gələn ilin əvvəllərində keçirilməsi planlaşdırılır.

Azərbaycan və İran kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri Gəncədə, İranın Ənzəli və Tehran şəhərlərində aparılıb.

Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən ekran işinin rejissoru Ənvər Əblucdur. Filmin icraçı prodüseri Adil Qulamov, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı isə Oqtay Rəcəbovdur. Rollarda İranın məşhur aktyoru Məhəmməd Rza Firutənə, xalq artistləri Rasim Balayev və Fuad Poladov, əməkdar artistlər Fərhad İsrafilov, Azad Şükürov, Natella Kərimova, 8 yaşlı Asif Rəşid və başqaları çəkilib. Detektiv janrında olan “Tərsinə çevrilmiş dünya” filmi Azərbaycanın qəhrəman polislərinə ithaf olunub.

Xəyalə