981
17:46
13 Dekabr 2010

Çauşesku və xanımı dəfn edildilər

Rumıniya Sosialist Respublikasının sabiq rəhbəri Nikolay Çauşesku və xanımı Yelenanın qalıqları Buxarestdə mərkəzi qəbiristanlıqların birində, öncə dəfn olduqları yerdə dəfn edilib.


Lent.az -ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bununla da Rumıniyada 1989-cu ildə hərbi tribunalın qərarı ilə güllələnən Çauşesku ailəsi ilə bağlı mübahisəyə son qoyulub.


Nikolay Çauşesku və xanımı Yelenanın qalıqları bu ilin yayında DNK analizindən keçirilmək üçün çıxarılıb. Məsələ ondadır ki, məzarda dəfn edilənlərin Nikolay Çauşesku və xanımı Yelenaya olub-olmadığı barədə mübahisələr olub. Rumıniya hakimiyyəti və Nikolay Çauşeskunun həyatda qalan yeganə oğlu Valentinin mövqeyi üst-üstə düşüb və qalıqlar analiz üçün çıxarılıb.


DNK analizi sübut edib ki, məzarda dəfn olunanlar həqiqətən Nikolay Çauşesku və xanımı Yelenadır.