334
14:53
24 Noyabr 2010

Berti Foqtsun 3 ili – ARAŞDIRMA

Berti Foqts Azərbaycan millisində üçüncü ilini başa vurur. Apasport.az saytının hesablamalarına görə, almaniyalı mütəxəssis 2008-in aprelindən çalışdırdığı komandada göstəricisini ildən-ilə yaxşılaşdırır.

Təsadüfi deyil ki, Foqts ən böyük nailiyyətinə bu il nail olub. Əvvəlki 2 ildə hesabında 2 qələbəsi olan almaniyalı 2010-da bu sevinci 3 dəfə yaşadı. Debüt ilində rəsmi görüşdə 3 xala həsrət qalan Foqts qələbəni sonra qazandı: 2009-cu ildə səfərdə Lixtenşteyni 2:0 hesabı ilə yenməklə. Bu, millimizin 18 illik tarixində rəsmi oyunlarda səfərdə qazandığı ilk və hələlik yeganə qələbədir. Cari ildə rəsmi qələbə isə dünya və Avropa çempionatının bürünc mükafatçısı Türkiyə yığması ilə Bakıdakı oyunda əldə edilib - 1:0.

Foqts heç-heçə saylarını dəyişdirmir. Yəni, komandamız 64 yaşlı çalışdırıcısının rəhbərliyi altında hər 3 ildə 3 bərabərliyə imza atıb. Bunların yalnız biri rəsmi, qalanı yoldaşlıq görüşlərində olub. Bu il məğlubiyyətlərinin sayı 2 il əvvəlki kimi 4-ə bərabərdir. Foqts ötən il ən çox oyun keçirərək, çox da uduzmuşdu.

Komandamızın digər nailiyyəti vurduğu qolların sayının ildən-ilə artırmasıdır. Bu, əvvəl 6, ardından 8, daha sonra 9 olub. Buraxılan qollara gəlincə, debütdə çox yaxşı olsa da, ardından fərq xeyli böyüdü, bu il isə nisbətən azaldı. Foqtsun uğursuzluğu bu il sonluqla bağlıdır. Belə ki, baş məşqçi 2008 və 2009-cu ilin son oyunlarını məğlubiyyətsiz başa vurmuşdu. Ancaq ilk dəfə ili uduzmaqla başa vuran Foqts yenilmədiyimiz Çernoqoriyadan məyus qayıtdı.

Qeyd edək ki, Foqts komandanı ilin son ayında da bir araya gətirəcək. Ancaq bu, oyuna hazırlıq yox, Bakıda 4 günlük təlim-məşq toplanışı olacaq.


Berti Foqtsun Azərbaycan milli komandasında oyunları

2008-ci il: 9 oyun, 2 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət (topların fərqi 6-8)


1 iyun. Zenitsa. Yoldaşlıq görüşü. Bosniya və Herseqovina - Azərbaycan - 1:0
4 iyun. Andorra-la-Vella. Yoldaşlıq görüşü. Andorra - Azərbaycan - 1:2
20 avqust. Reykyavik. Yoldaşlıq görüşü. İslandiya - Azərbaycan - 1:1
27 avqust. Tehran. Yoldaşlıq görüşü. İran - Azərbaycan - 1:0
6 sentyabr. Kardiff. DÇ-2010-nin seçmə mərhələ oyunu. Uels - Azərbaycan - 1:0
10 sentyabr. Bakı. DÇ-2010-un seçmə mərhələ oyunu. Azərbaycan - Lixtenşteyn - 0:0
11 oktyabr. Helsinki. DÇ-2010-un seçmə mərhələ oyunu. Finlandiya - Azərbaycan - 1:0
15 oktyabr. Manama. Yoldaşlıq görüşü. Bəhreyn - Azərbaycan - 1:2
19 noyabr. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan - Albaniya - 1:1


2009-cu il: 13 oyun, 2 qələbə, 3 heç-heçə, 8 məğlubiyyət (topların fərqi 8-23)

1 fevral. Dubay. Yoldaşlıq görüşü. Azərbaycan - Özbəkistan - 1:1
11 fevral. Əl-Küveyt. Yoldaşlıq görüşü. Küveyt - Azərbaycan - 1:1
28 mart. DÇ-2010-un seçmə mərhələ oyunu. Moskva. Rusiya - Azərbaycan - 2:0
2 iyun. Yoldaşlıq görüşü. Kayseri. Türkiyə - Azərbaycan - 2:0
6 iyun. DÇ-2010-un seçmə mərhələ oyunu. Bakı. Azərbaycan - Uels - 0:1
9 iyun. Yoldaşlıq görüşü. Bakı. Azərbaycan - İspaniya - 0:6
12 avqust. DÇ-2010-un seçmə mərhələ oyunu. Bakı. Azərbaycan - Almaniya - 0:2
5 sentyabr. DÇ-2010-un seçmə mərhələ oyunu. Lənkəran. Azərbaycan - Finlandiya - 1:2
9 sentyabr. DÇ-2010-un seçmə mərhələ oyunu. Hannover. Almaniya - Azərbaycan - 4:0
10 oktyabr. DÇ-2010-un seçmə mərhələ oyunu. Vaduts. Lixtenşteyn - Azərbaycan - 0:2
14 oktyabr. DÇ-2010-un seçmə mərhələ oyunu. Bakı. Azərbaycan - Rusiya - 1:1
15 noyabr. Beynəlxalq turnir. Əl-Ayn. Azərbaycan - İraq - 0:1
18 noyabr. Beynəlxalq turnir. Əl-Ayn. Azərbaycan - Çexiya - 2:0

2010-cu il: 10 oyun, 3 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət (topların fərqi 9-17)

25 fevral. Yoldaşlıq görüşü. Əmman. İordaniya - Azərbaycan - 0:2
3 mart. Yoldaşlıq görüşü. Lüksemburq. Lüksemburq - Azərbaycan - 1:2
26 may. Yoldaşlıq görüşü. Seekirchen. Moldova - Azərbaycan - 1:1
29 may. Yoldaşlıq görüşü. Bischofshofen. Makedoniya - Azərbaycan - 3:1
2 iyun. Yoldaşlıq görüşü. Zell am See. Honduras - Azərbaycan - 0:0
11 avqust. Yoldaşlıq görüşü. Bakı. Azərbaycan - Küveyt - 1:1
7 sentyabr. AÇ-2012-un seçmə mərhələ oyunu. Köln. Almaniya - Azərbaycan - 6:1
8 oktyabr. AÇ-2012-un seçmə mərhələ oyunu. Vyana. Avstriya - Azərbaycan - 3:0
12 oktyabr. AÇ-2012-un seçmə mərhələ oyunu. Bakı. Azərbaycan - Türkiyə - 1:0
17 noyabr. Yoldaşlıq görüşü. Podqoritsa. Çernoqoriya - Azərbaycan - 2:0
Yekun: 32 oyun, 7 qələbə, 9 heç-heçə, 16 məğlubiyyət (topların fərqi 23-48)

Mehman SÜLEYMANOV