13:41
14 İyul 2008

Sumqayıtda “Sülh göyərçini” abidəsi açılıb

“Sülh göyərçini” abidəsi 1978-ci ildə Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirov tərəfindən hazırlanıb. Abidənin ətrafında abadlıq işlərinə cari ilin əvvəlində başlanılıb. Təmir-bərpa işləri nəticəsində “Sülh göyərçini” abidəsi tam rekonstruksiya edilib, ətraf əraziyə yeni üzlük plitələr döşənib, müasir işıq dirəkləri yerləşdirilib. Bununla yanaşı, parkın dəniz sahilinə enən hissəsində çinli mütəxəssislər tərəfindən hazırlanmış fontan-şəlalə kompleksi quraşdırılıb.

Nigar Məmmədli