7103
20:02
13 Oktyabr 2010

“Aztelekom”da “qaynar xətt” yaradılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az -a verdiyi məlumata görə, 24 saat fasiləsiz rejimdə respublikanın bütün bölgələrində vətəndaşlara ödənişsiz xidmət göstərəcək “qaynar xəttə” 012 122 saylı nömrə ilə zəng etmək olar.


Bu xidmətin yaradılmasında başlıca məqsəd “Aztelekom”da göstərilən rabitə xidmətlərinin keyfiyyəti barədə rəy və təkliflərin, eləcə də istifadəçilərin İstehsalat Birliyinin xidmətlərindən yararlanarkən qarşılaşdıqları müxtəlif problemlər (telefon çəkilişi, telefonların işləməməsi, internetə qoşulma zamanı çətinliklər və s.) haqqında məlumatın operativ çatdırılmasını təmin etməkdir.


“Qaynar xətt” “Aztelekom” tərəfindən regionlarda yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, bu sahədə dünya miqyasında qazanılmış ən son nailiyyətlərin ucqarlarda da kütləvi istifadəsinə şərait yaradılması istiqamətində həyata keçirdiyi prioritet tədbirlər çərçivəsində yaradılıb.