227
16:55
11 Mart 2020

Azərbaycanda 4 uşaq anası intihar etdi: cinayət işi açıldı

Ağcabədi rayonunda qadının intihar ilə bağlı ibtidai istintaq aparılır.

Lent.az -ın əldə etdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini, 29 yaşlı Günay Quliyevanın martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirib, oradan maddi sübutlar götürülüb.

G.Quliyeva 4 uşaq anası idi.