806
16:50
11 Mart 2020

Zeynəb Xanlarovanın konserti təxirə düşdü - KORONAVİRUSA GÖRƏ

Xalq artisti Zeynəb Xanlarovanın da solo konsert tarixi dəyişib.

Lent.az xəbər verir ki, martın 18-nə planlaşdırılan konsert mayın 3-də olacaq.

Bakı Konqres Mərkəzində baş tutacaq "Dünyanın Zeynəbi" proqramında tarix xaricində heç bir dəyişiklik yoxdur. Konsertin tarixinin dəyişilməsi Zeynəb xanımın şəxsən öz qərarıdır. Sənətkar bu addımı koronavirusundan qorunmaq məqsədi ilə atır.