658
15:47
11 Mart 2020

“Azərişıq” koronavirusa qarşı mübarizə aparır

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısını almaq üçün “Azərişıq” ASC-də tədbirlər həyata keçirir.

Qurumdan Lent.az -a bildirilib ki, görülən qabaqlayıcı tədbirlər çərçivəsində "Azərişıq"-nin inzibati binasında, cəmiyyətin region və rayon elektrik şəbəkələrində, tədris mərkəzlərində, Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında, 199 saylı cağrı mərkəzinin inzibati binasında dezinfeksiya işləri həyata keşirilib və mütəmadi davam etdirilir.