647
19:56
11 Mart 2020

Bakıda içərisində külli miqdarda pul olan pulqabı oğurlandı

Bakı şəhər sakininin pulqabısı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Bakı şəhər sakini R.Hüseynovun içərisində 1320 manat, 31 dollar və 50 lirə olan pulqabısı oğurlanıb.

Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Mustafayev saxlanılıb.