451
11:33
11 Mart 2020

Zidan titul qazanmasa, onu kim əvəz edəcək? - namizədlər bəlli oldu

Madrid “Real”ı cari mövsümü titulsuz başa vursa, baş məşqçi Zinəddin Zidanla yollar ayrılacaq.

Lent.az -ın məlumatına görə, bu barədə İspaniyanın məşhur “Marca” nəşri xəbər yayıb.

Bildirilir ki, “kral klubu” uğur olmayacağı təqdirdə, Zidanın yerinə 2 mütəxəssisdən birini gətirəcək. Söhbət “Tottenhem”in sabiq çalışdırıcısı, London klubunu ötən mövsüm Çempionlar Liqasının finalına çıxartmış Maurisio Poçettino və “Yuventus”un keçmiş baş məşqçisi Massimiliano Alleqridən gedir. Hər iki çalışdırıcı hazırda işsizdir.

Qeyd edək ki, La Liqada 27 turdan sonra 56 xal toplayan “Real” hazırda ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan 2 xal geri qalır. Çempionlar Liqasında isə komanda 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçirilən ilk oyununda 1:2 hesabı ilə uduzub.