719
10:49
11 Mart 2020

Azərbaycanlı qadın Rusiyada axtarışa verildi - SƏBƏB

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1986-cı ildə Bakı şəhərində doğulan Alina Balakadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.