369
09:56
11 Mart 2020

"Mercedes" və " İveco" alışıb yandı

Tərtərdə avtomobil yanıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, rayon ərazisində "Mercedes" markalı minik avtomobilinin təkəri və mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər avtomobil yanma hadisəsi Ağdaş rayonunda qeydə alınıb.

Rayonun Tofiqi kəndində "İveco" markalı yük avtomobilinin təkəri və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.