861
06:24
11 Mart 2020

Aeroport şossesində piyadanı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şossenin Ramana qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Səfərov Coşqun Allahverdi oğlunu “Daewoo” markalı minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.