362
04:22
11 Mart 2020

Daşkəsən sakini Şəmkirdə bıçaqlanıb


Şəmkirdə 23 yaşlı gənc bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1997-ci il təvəllüdlü İsmayılov Ərşad Vaqif oğlu kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə Şəmkirdə yerləşən istixanaların birində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.