3794
00:39
11 Mart 2020

“Lider” TV-nin yayımı dayandırıldı - YENİLƏNİB - VİDEO

Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Qeyd edək ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.

***

Saat 22:01-də “Gecənin sehrində” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.