1152
15:11
10 Mart 2020

Koronavirus bu ölkədə 291 nəfəri öldürüb

Ötən 24 saat ərzində İranda koronavirusdan daha 54 nəfər həyatını itirib.

APA-nın Tehran bürosunun məlumatına görə, beləliklə, indiyədək bu virusdan ölənlərin sayı ümumilikdə 291 nəfərə çatıb.

Məlumata görə, bu müddət ərizndə ölkədə daha 881 nəfərdə koronavirus aşkarlanıb və bu virusa yoluxanların sayı 8042 nəfərə çatıb.