2902
19:19
10 Mart 2020

4 yaşlı uşaq 6 aylıq qardaşını eyvandan atdı

Türkiyənin İstanbul şəhərində 4 yaşlı uşaq 6 aylıq qardaşını eyvandan atıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin Gümüşpala məhəlləsində qeydə alınıb. Məhəllədə 3-cü mərtəbədə yaşayan ailənin 4 yaşlı oğlu A.C.Y. qardaşı 6 aylıq E.C.Y.ni eyvandan atıb.

Qonşuların dediyinə görə, 4 yaşlı uşaq son zamanlar eyvana çıxaraq evdəki əşyaları aşağı atırmış. Atılan əşyaları çöldən gətirməyə gedən ana Ayşə Y. 6 aylıq körpəsini divanın üstünə qoyub. Böyük oğlu isə bu əsnada balaca qardaşını qucağına alaraq eyvandan atıb.

Körpə Qanuni Sultan Süleyman Araşdırmalar Xəstəxanasına aparılıb. Ovçular Polis Şöbəsində isə ananın səhlənkarlığına görə cinayət işi açılıb.