1269
14:25
10 Mart 2020

Tayson Eminemi nokauta saldı - VİDEO

Boks əfsanəsi Mayk Tayson klipə çəkilib.

Apasport.az saytının məlumatına görə, ağır çəki dərəcəsində peşəkarlar arasında sabiq dünya çempionu məşhur müğənni Eminemin musiqi klipində rol alıb.

Burada amerikalı müğənnini bir yumruqla nokauta salan Tayson öz tvitter səhifəsində çəkilişlərdən məmnun qaldığını açıqlayıb: “Vaxtımı yaxşı keçirdim. Eminemi onun yeni klipində nokauta saldım. Sizin Doktor Dre ilə hələ də gördüyünüz böyük işlər həqiqətən də ilham verir”.