1107
13:21
10 Mart 2020

Rusiyada Prezident yeni qayda ilə seçiləcək? - TƏKLİF

Rusiyada Prezidentin Dövlət Şurasının qərarı ilə seçilməsi təklif olunur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu təkliflə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

O, 2024-cü ildən etibarən ölkə başçısının Dövlət Şurasının qərarı ilə seçilməsini təklif edib.

"Hər altı ildən bir 6 ay ölkəni silkələmək bəsdir. Bizdə Konstitusiya orqanı var-Dövlət Şurası. Oraya ölkənin ən yaxşı insanlarını, ən yaxşı alimləri, deputatları, nazirləri, qubernatorları toplamaq lazımdır. Onların hamısı seçilmişlərdir. Qoy onlar dövlət başçısının kim olacağına qərar versinlər”, - rusiyalı siyasətçi bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin mayında bu cür seçkiləri keçirmək olar.