6643
19:13
10 Mart 2020

Koronavirusla bağlı Çindən sevindirici xəbər gəldi...

Çin prezidenti Si Cinpin Uhan şəhərinə gedib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Çin lideri Si Cinpin koronavirus yayılandan sonra ilk dəfə Uhan şəhərinə gedib. Məlumata görə, virusun mənbəyi olan şəhərdə özəl “COVİD-19” bağlanmağa başlayıb. Xəstəliklə bağlı dünya gündəminə daxil olan müsbət xəbər Çində son 24 saat ərzində yalnız 19 nəfərin virusa yoluxmasıdır.

Əlavə olaraq bildirək ki, ötən gün Panama, Şimali Kipr Türk Respublikası, Burkina Faso və Monqolustan kimi ölkələrdə ilk dəfə olaraq koronavirusa yoluxma halı qeydə alınıb.