411
19:35
10 Mart 2020

Traktorla toqquşan maşının sürücüsü son anda xilas edildi

Şəmkirdə yük maşını traktorla toqquşub.

Fövqəladə Hallar Nazirliyinin Lent.az -a daxil olan məlumata əsasən, rayonun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Беларус” markalı traktor toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.