1363
17:54
09 Mart 2020

Nigeriyalı futbolçu oyun zamanı öldü


Nigeriya çempionatında faciə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Nasarava” və “Katsina Yunayted” arasında oyun futbolçu ölümü ilə nəticələnib.

Epizodların birində meydan sahiblərinin futbolçusu Çieme Martins rəqiblə toqquşaraq yerə yıxılıb. Onu əvəz edərək xəstəxanaya çatdırmağa çalışıblar. Amma stadionda olan təcili tibbi yardım maşını işə düşməyib. Futbolçunu arenada olan KİV əməkdaşının avtomobili ilə xəstəxanaya çatdırmağa qərar verilib. Çox keçmədən oyunçu dünyasını dəyişib.

“Nasarava” klubunun üzvləri komanda yoldaşlarının ölüm xəbəri ilə bağlı hakimin final fitindən dərhal sonra məlumatlandırılıblar. Faciədən xəbər tutan oyunçular meydanda ağlamağa başlayıblar.

Qeyd edək ki, meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib. Qollar Martins əvəzləndikdən sonra vurulub.