1985
11:48
07 Mart 2020

Sevda çətin günlərindən danışdı: "Çox güclü qızam"

Müğənni Sevda Yahyayeva həyatda üzləşdiyi problemlərdən danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Show News” verilişində bu sözləri deyib:

“Hər bir insanın həyatında çətinlik və sıxıntılar olub, məndə də... Çox güclü qızam. Hər bir çətinliyin öhdəsindən gəlməyi bacarıram. Maneələrə baxmayaraq, ayaq üstdə dura bilirəm. Bu xarakterimi yüksək qiymətləndirirəm. Əldə etdiyim uğurlar başımı gicəlləndirmir. Çünki çətinlik görmüşəm, onun nə olduğunu gözəl bilirəm. Hər anıma, aldığım nəfəsə görə şükür edirəm. Bu hörmət başımı gicəlləndirmir.

Keçmişim haqqında danışmaq istəmirəm. Həyatımı insanlar məndən yaxşı bilir. Danışsam, gözlərimdən yaş axar. İnsan həyatda hər şeyə hazır olmalıdır. Düzdür, bu, çətindir”.