1059
14:17
05 Mart 2020

Keynə ilk təklif gəldi


İngiltərə yığmasının hücumçusu Harri Keynin yayda “Tottenhem”dən ayrılmaq istədiyini xəbər vermişdik.

Lent.az -ın məlumatına görə, təcrübəli forvarda artıq ilk təklif gəlib.

“Mançester Yunayted” mövsümün sonunda hücum xəttini Keynlə gücləndirmək niyyətindədir. “Mankunianlar” forvardla danışıqlara indidən start veriblər. Keynin təklif barədə düşündüyü bildirilir. Karyerasını daha iddialı komandada davam etdirmək istəyən Harri titullar qazanmaq arzusundadır.

Qeyd edək ki, H.Keyn Premyer Liqanın cari mövsümündə 20 oyunda meydana çıxıb və 11 qola imza atıb.