530
12:45
05 Mart 2020

“Lazım olarsa, Milli Məclisin növbədənkənar iclasları keçiriləcək” - Aparat rəhbəri

Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.

APA-nın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

S. Mirzəyev qeyd edib ki, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək: “Bu təcrübə Milli Məlcisdə var”.

Aparat rəhbəri onu da bildirib ki, Milli Məclis Aparatının şöbələrində də islahatlar aparılacaq.