794
12:44
05 Mart 2020

Villian qərarını verdi: “Çelsi”də qalır, ya gedir?


“Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Villian gələcək karyerası ilə bağlı qərar verib. Lent.az -ın məlumatına görə, “zadəganlar”la müqaviləsinin müddəti mövsümün sonunda bitəcək “sambaçı” rəhbərliyin 2 illik yeni sözləşmə təklifini müsbət cavablandırmayıb.

Bu isə o deməkdir ki, Villian yayda azad agent statusu alaraq, iş yerini dəyişmək fikrindədir. 32 yaşlı futbolçu ilə 2 klubun yaxından maraqlandığı bildirilir. Söhbət “Barselona” və “Yuventus”dan gedir.

Qeyd edək ki, “Korintians”ın yetirməsi olan Villian “Çelsi”dən öncə Donetsk “Şaxtyor”u və “Anji”nin də formasını geyinib. 2013-cü ildən “Çelsi”nin uğurları üçün çalışan yarımmüdafiəçi cari mövsümdə ümumilikdə 36 oyunda 6 qola imza atıb.