863
15:31
04 Mart 2020

Poqba derbidə oynayacaq?


“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın İngiltərə çempionatının 29-cu turunda “Mançester Siti”yə qarşı oynayıb-oynamayacağına aydınlıq gəlib.

Lent.az -ın məlumatına görə, fransalı futbolçu derbidə iştirak etməyəcək.

Bu barədə “mankunianlar”ın baş məşqçisi Ule Qunnar Sulşer məlumat verib: “Poqba fərdi proqram üzrə məşq edir. Gələn həftəyədək əsas komanda ilə məşqlərdə iştirak etməyəcək”.

Qeyd edək ki, P.Poqba “Mançester Yunayted”ə 2016-cı ildə “Yuventus”dan transfer olunub.