795
13:11
04 Mart 2020

Koronavirusdan danışan tanınmış məşqçi: “Mən də narahatam”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Kubokunda “Çelsi”yə məğlubiyyətdən (0:2) sonra koronavirusla bağlı açıqlama verib.

Lent.az -ın məlumatına görə, alman mütəxəssis əksər ölkələri bürüyən bu təhlükədən narahat olduğunu bildirib.

“Əslində bir məşqçinin başqa mövzularda danışmasını xoşlamıram. Çünki bunun mənasız olduğunu düşünürəm. Məşhur insanların dediklərinin əhəmiyyəti yoxdur. Məsələni başa düşməyən mənim kimi insanlar bu mövzunu müzakirə etməyə başlayanda əsəbiləşirəm. Tibbi sahədə biliyi olanlar digərlərinə nə etməli olduqlarını söyləməlidirlər, futbol məşqçiləri yox. Siyasət və koronavirusdan anlayışım yoxdur. Təkcə onu deyə bilərəm ki, hamı kimi, mən də narahatam. Çünki yaşadığımız planetin təhlükəsiz və sağlam olmasını istəyirəm”, - Y.Klopp bildirib.