735
12:21
04 Mart 2020

“Tottenhem” şokda: Keyn ayrılmaq istəyir


“Tottenhem”in hücumçusu Harri Keyn yayda iş yerini dəyişmək niyyətindədir.

Lent.az -ın məlumatına görə, hazırda zədəli olan 26 yaşlı futbolçu mövsümün sonunda alacağı təkliflərdən birini dəyərləndirməyi düşünür.

Keyn başa düşür ki, “Tottenhem” indiki məqamda mükafatlar uğrunda mübarizə aparacaq gücdə deyil. London klubunun gələn mövsüm Çempionlar Liqasından kənarda qalmaq ehtimalı az deyil. Bunu göz önünə alan forvard yayda komandasını dəyişmək, daha iddialı kluba keçmək fikrindədir.

Bu xəbərdən şoka düşən “Tottenhem” rəhbərliyi isə Keynin gedişinə imkan vermək istəmir. Londonlular Harrini saxlamaq üçün bütün imkanlardan istifadə etməyi planlaşdırırlar.

“Tottenhem”in yetirməsi olan Harri Keyn cari mövsümdə 25 oyunda 17 qola imza atıb.