474
11:55
02 Mart 2020

Abdullah Avcı Azərbaycan millisinə gəlməyəcək - AÇIQLAMA

“Abdullah Avcı Azərbaycan millisini çalışdırmayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu türkiyəli çalışdırıcının “Başakşəhər”ə rəhbərlik edərkən köməkçisi olmuş Sərhat Gülpınar deyib.

“Radyospor”un qonağı olan gənc mütəxəssis Avcının nə “Fənərbaxça”, nə də Azərbaycan millisinin “sükanı arxası”na keçəcəyini söyləyib. O, təcrübəli məşqçinin mövsümün sonuna qədər istirahət etmək qərarına gəldiyini vurğulayıb: “Abdullah Avcı ilə “Beşiktaş”dan ayrıldıqdan sonra görüşdük. O, heç bir halda mövsümün sonuna qədər işləməyəcəyini və istirahət edəcəyini dedi. Azərbaycan milli komandası üçün də təklif almışdı, ancaq mənfi nəticələndi”.

Qeyd edək ki, millimizin baş məşqçi postuna digər namizədlər Covanni De Byazi və Çesare Prandellidir.