1237
02:18
02 Mart 2020

"Real" "El Klasiko"da qalib gələrək, yenidən zirvəyə yüksəlib

İspaniya La Liqasında XXVI turun mübarizəsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, bütün diqqətlər "Santyaqo Bernabeu"dakı qarşılaşmaya yönəlib.

Əzəli rəqiblər "Real"la "Barselona" La Liqa tarixində 180-ci "El Klasiko" matçına çıxıblar. Buna qədər komandaların hərəsinin aktivində 72 qələbənin olması və çempionluq mübarizəsi aparması qarşılaşmanın əhəmiyyətini daha da artırırdı.

"Barselona"nı ölkə çempionatında sonuncu dəfə 2016-cı ildə, Madriddə isə 2014-cü ildə məğlub edən "kral klubu" müvafiq olaraq 7 və 4 oyunluq həsrətə, nəhayət ki, son qoyub. Bu qələbə "Real"ı turnir cədvəlində zirvəyə yüksəldib.

"Sevilya" doğma arenasında ortabab "Osasuna"nı son dəqiqə qolu sayəsində məğlub edərək, 3-cü pilləyə yüksəlib.

Avrokuboka vəsiqə ümidini itirməyən "Vilyarreal" Bilbaoda yerli "Atletik"ə yenilib. Ev sahiblərinə qələbə üçün 1 qol bəs edib.

"Atletiko" isə Kataloniyada autsayder "Espanyol"un müqavimətini qıra bilməyib.

İspaniya La Liqası
XXVI tur
1 mart
"Sevilya" - "Osasuna" - 3:2

En Nesiri, 13, 90+3; Okampos, 45+1 - Aridane, 64; Torres, 74 (pen.)
"Atletik" - "Vilyarreal" - 1:0
Raul Qarsiya, 56 (pen.)
"Espanyol" - "Atletiko" - 1:1
Saviç, 24 (avtoqol) - Saul, 47
"Malyorka" - "Xetafe" - 0:1
Maksimoviç, 67
"Real" - "Barselona" - 2:0
Vinisius, 71, Mariano Dias, 90+2

1

Real

26

16

8

2

48-17

56

2

Barselona

26

17

4

5

62-31

55

3

Sevilya

26

13

7

6

37-27

46

4

Xetafe

26

13

6

7

37-25

45

5

Atletiko

26

11

11

4

29-19

44

6

Real Sosyedad

25

13

4

8

43-31

43

7

Valensiya

26

11

8

7

37-38

41

8

Vilyarreal

26

11

5

10

43-36

38

9

Qranada

26

11

4

11

32-31

37

10

Atletik

26

8

10

8

25-22

34

11

Levante

26

10

2

14

31-39

32

12

Osasuna

26

7

10

9

33-38

31

13

Alaves

26

8

7

11

28-36

31

14

Betis

26

7

9

10

36-42

30

15

Valyadolid

26

6

11

9

22-29

29

16

Eybar

25

7

6

12

25-37

27

17

Selta

26

5

10

11

22-34

25

18

Malyorka

26

6

4

16

26-43

22

19

Leqanes

26

4

8

14

19-38

20

20

Espanyol

26

4

8

14

23-45

20