744
12:47
28 Fevral 2020

Ulduz səfirlərin adları açıqlanıb: Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunlarının ulduz səfirlərinin adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dördilliyin ən mötəbər turnirinin ölkəmizdəki təbliğatı ilə məşğul olacaq azərbaycanlı məşhurlar müəyyənləşib.

Bunlar Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, eyni zamanda Tokio-2020-də Azərbaycan yığmasının şef-de-missionu olacaq Fərid Mansurov və son mötəbər yarışlarda ulduz səfir funksiyasını yerinə yetirən xalq artisti Tünzalə Ağayevadır. Həmçinin, karyerasını davam etdirən atletlərimiz Hacı Əliyev (güləş), Rafael Ağayev (karate), Fəridə Əzizova (taekvondo) və Rüstəm Orucov (cüdo) ulduz idmançı səfir funksiyasını daşıyacaqlar.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.