658
11:06
28 Fevral 2020

ASB Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platforması yenilənərək istifadəyə verildi! 


ASB Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platforması, Sizə banka getmədən, 7/24 onlayn olaraq öz hesablarınıza nəzarət etmək, kredit ödənişlərinizi və digər bank əməliyyatlarınızı yerinə yetirmək fürsəti yaradır.
ASB Bankın müştəriləri Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platformasından qeydiyyatdan keçmək üçün hesablarının olduğu ASB filialına yaxınlaşaraq sənədləşmə işlərini aparır, daha sonra isə ASB-dən SMS vasitəsilə daxil olan istifadəçi adı/şifrə ilə sistemə daxil ola bilərlər. Həmçinin, mobil telefon vasitəsi ilə İOS, Android sistemlərinə uyğun olaraq Apple Store-lar və Play Market-lərdən ASB Mobil Bankçılıq tətbiqini yükləyə bilərlər.

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılmışdır. ASB Bank hüquqi,sahibkar və fərdi müştərilərə bütün növ bank xidməti və məhsullarını təqdim edən universal bank kimi fəaliyyət göstərir. Bankın Bakı şəhərində, eyni zamanda Sumqayıt, Gəncə və İmişlidə olmaqla 7 filialı vardır. ASB, “Azərbaycan Sənaye Sığorta”, “Azərbaycan Sənaye Lizinq”, kart prossesinq mərkəzi “Millikart” və “Bakı Fond Birjası” kimi təşkilatların səhmdarıdır.