945
12:55
27 Fevral 2020

Ramosa qədər bunu 2 futbolçu “bacarmışdı”


"Real"ın kapitanı Serxio Ramos antirekorda şərik olub.

Lent.az -ın məlumatına görə, təcrübəli müdafiəçi bunu Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Siti” ilə Madriddə keçirilən matçda “bacarıb”.

Meydan sahiblərinin 1:2 hesablı məğubiyyəti ilə nəticələnən görüşün 86-cı dəqiqəsində Ramos birbaşa qırmızı vərəqə alıb. Bununla da o, ÇL tarixində 4 qırmızı vərəqə alan Edqar Davids və Zlatan İbrahimoviçin antirekordunu təkrarlayıb.

Bundan əlavə, Ramos qitənin ən mötəbər klub turnirində 3 birbaşa qırmızı vərəqə alan ilk oyunçu olub.