2761
12:24
20 Fevral 2020

Yalçın Rzazadə yenidən xəstəxanaya yerləşdirilir

Xalq artisti Yalçın Rzazadə yenidən Türkiyədə xəstəxanaya yerləşdiriləcək.

Bu barədə Lent.az -a müğənninin özü deyib. O, bildirib ki, yenidən müayinə ediləcək:

“Artıq xeyli müddətdir müalicə olunuram. Əməliyyatım uğurla keçdi. Təsəvvür edin ki, səhərdən axşama qədər dərmanlar, sistemlər qəbul etdim. İynələr vuruldu, hələ davam edir. İnşallah gələn bazar günü yenidən Türkiyədəki xəstəxanaya yerləşdiriləcəm. Bütün bunlara və mənə göstərilən diqqətə görə, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Ölən günümə qədər bu insanlara dua edəcəyəm. Allah onların canını sağ eləsin”.

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə bağlı Bakıda xəstəxanaya yerləşdirilmiş, sonra əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi. Bir aya yaxındır Azərbaycandadır.

Onu da əlavə edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.