2407
22:00
14 Fevral 2020

AzTV-nin 64, "Mədəniyyət" kanalının 9 yaşı qeyd edildi - FOTO

Bu gün Azərbaycan Televiziyasının 64, "Mədəniyyət" kanalının yaranmasının 9 illiyi əlaqədar olaraq konsert tədbiri keçirilib.

Lent.az xəbər verir ki, bayram tədbirində televiziyanın əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, mətbuat təmsilçiləri iştirak ediblər.

İncəsənət xadimlərinin, eləcə də mədəniyyətimizin gələcəyi olan müxtəlif musiqi məktəblərinin şagirdlərinin, prezident təqaüdçülərinin çıxışları maraqla qarşılanıb. Konsert proqramı Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatıb.