1353
12:44
13 Fevral 2020

Məşhur futbolçunun avtomobili oğurlandı


Braziliya millisinin futbolçusu Dani Alveşin avtomobili oğurlanıb.

Apasport.az saytının məlumatına görə, hadisə San-Paulo şəhərinin Pineyros bölgəsində baş verib.

“San-Paulo”nun müdafiəçisi fevralın 11-də avtomobilini parklama yerində saxladıqdan sonra oranı tərk edib. Az sonra həmin əraziyə daxil olan oğrular mühafizəçiləri təhdid edərək avtomobili qaçırıblar. 36 yaşlı oyunçu hadisə ilə bağlı polisə müraciət edib.

Qeyd edək ki, 2006-cı ildən Braziliya yığmasına çağırılan Dani Alveş “San-Paulo”ya ötən yay azad agent kimi keçib.