1839
11:23
13 Fevral 2020

Bakıda torpaq sahələri ötən ay ucuzlaşdı


Bu ilin yanvar ayı ərzində Bakıda 1 ar (100 kv. metr) torpağın orta satış qiyməti 21 729 manat təşkil edib.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov "APA-Economics"ə bildirib ki, ay ərzində 1 ar torpağın qiymətində 3,35% azalma, illik isə 0,6% artım qeydə alınıb: "Şəhərkənarı qəsəbələrdə 1 ar üzrə orta qiymət 5,1% azalaraq 5 240 manat olub. Şəhərdaxili torpaq sahələrində isə qiymət 1,2% azalaraq 43 126 manat təşkil edib".