1889
19:55
12 Fevral 2020

"Liverpul"un əfsanəsi üçün özəl istək: qəbul olunmadı


“Liverpul”da forma geydiyi müddətdə heç çemionluq yaşamayan Steven Cerrard üçün tərəfdarların “5 oyunluq müqavilə imzalansın” təklifini klubun rəhbərliyi rədd edib.

Lent.az -ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, klub rəsmilərindən olan Peter Moore məsələ ilə bağlı bunları deyib: “Bunun olması imkansızdır. Ayrıca hansı futbolçunu medaldam məhrum edə bilərsiniz? İnsanlar bunu da bilsin ki, Cerrard hazırda bir klub çalışdırır”.

17 il “Liverpul” forması geyən Steven Cerrard karyeri boyunca Premyer Liqa çempionluğu yaşamayıb.