1670
10:57
12 Fevral 2020

“Belə qolu unutmaq olar?” - “İnter”in futbolçusu


İtaliyanın “İnter” klubunun müdafiəçisi Stefan de Vrey açıqlama verib.

Lent.az -ın məlumatına görə, hollandiyalı müdafiəçi “Milan”a qalib gəldikləri (4:2) derbidə vurduğu qolu şərh edib.

“Bu, mənim derbilərdə vurduğum ikinci qol idi. Görüş bizim üçün çox həyəcanlı keçdi. Fasiləyə 2 top fərqilə geridə yollansaq da, xarakter nümayiş etdirdik. Belə qolu unutmaq olar? Həyatımın sonuna qədər bu qol yaddaşımda qalacaq. Çox vacib anda rəqib qapısına yol tapdım və komandamı hesabda önə keçirtdim. Hansı emosiyalar yaşadığımı sözlə ifadə edə bilmərəm”, - Hollandiya yığmasının üzvü bildirib.

Qeyd edək ki, Milan derbisində “İnter”in digər qollarına isə Brozoviç, Vesino və Lukaku imza atıblar.