1657
15:17
11 Fevral 2020

Koutinyo “Barselona” rəhbərliyinə qərarını açıqladı


“Bavariya”da icarə əsasında çıxış edən “Barselona”nın futbolçusu Filipp Koutinyo gələcək karyerası ilə bağlı qərar verib.

Lent.az -ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Münhen klubundan ayrılmaq istəmir.

Koutinyo karyerasını “Bavariya”da davam etdirmək istədiyini bildirib. O, bu barədə həm Almaniya çempionu, həm də “Barselona” rəhbərliyinə məlumat verib.

Qeyd edək ki, Filipp Koutinyo Bundesliqanın cari mövsümündə 19 oyunda 6 qola imza atıb.