1324
12:15
11 Fevral 2020

Qvardiola yayda hansı kluba keçə bilər?


“Yuventus” rəhbərliyi mövsümün sonunda komandanın baş məşqçisi postunda dəyişiklik etmək niyyətindədir.

Lent.az -ın “The Sun” nəşrinə istinadən məlumatına görə, Mauritsio Sarrinin işindən tam razı olmayan turinlilər Xosep Qvardiola ilə yaxından maraqlanırlar.

İtaliyalılar hazırda “Mançester Siti”nin “sükanı arxası”nda olan Qvardiola ilə danışıqlara başlayıblar. “Yuventus”un prezidenti Andrea Anyelli məhz ispan çalışdırıcının rəhbərliyi altında “qoca sinyora”nın daha üst səviyyəyə qalxacağını, Çempionlar Liqasının qalibi olacağını düşünür. Qvardiolanın italyan dilini əla bilməsi “Yuve” rəhbərliyinin ona olan marağını bir qədər də artırır.

Qeyd edək ki, X.Qvardiola “Mançester Siti”ni 2016-cı ildən çalışdırır.