1165
10:43
11 Fevral 2020

Avropa çempionatı: Daha 5 güləşçimiz mübarizəyə qoşulur


İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.

Bu çəkilərin hər birində Azərbaycan təmsilçiləri xalça üzərinə çıxacaq.

Avropa çempionatı

Yunan-Roma güləşi

60 kq

Murad Bazarovun startı təsnifat mərhələsinə təsadüf edəcək. 26 yaşlı pəhləvanımızın rəqibi Yakopo Sandron (İtaliya) olacaq.

67 kq

İslambek Dadov da yarışa təsnifat mərhələsindən qoşulacaq. Milliləşdirilmiş güləşçimiz 1/8 finala vəsiqə uğrunda macarıstanlı Kristian İştvan Vança ilə qarşılaşacaq.

72 kq

Ülvü Qənizadə 1/8 finalda Stoyan Stoyçev Kubatovla (Bolqarıstan) münasibətlərinə aydınlıq gətirəcək.

82 kq

Rafiq Hüseynov da mübarizəyə 1/8 finaldan başlayacaq. Avropa çempionumuz Niderland güləşçisi Tirone Sterkenburqla üz-üzə gələcək.

97 kq

Bu şəkidəki təmsilçimiz Orxan Nuriyev isə təsnifat mərhələsində Tadeuş Mixaliki (Polşa) sınağa çəkəcək.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan millisinin bir yunan-Roma güləşçisi finala yüksəlib, dördü bürünc medal şansını qoruyub. Birinciliyə fevralı 16-da yekun vurulacaq.