32429
11:38
10 Fevral 2020

Röya yenidən ərə gedir? - "Kişi maykada məni..." - VİDEO

Xalq artisti Röya Ayxan şəxsi həyatından danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində bildirib ki, daha ailə qurmayacaq:

“Yenidən ərə getmərəm. Bir kişi ilə eyni evdə yaşaya bilmərəm. Oğlumun 10 yaşı var. Bundan sonra mən deyim kişi etsin, kişi desin mən edim? Yox, istəmirəm. Evə gedirəm, görürəm ki, oğlum yastığı qucaqlayıb. Daha əvvəlki kimi maykada kişi məni gözləmir. Amma zaman-zaman sevgili münasibətləri olur. İndi kişilərə baxıram, deyirəm ki, mən bunlardan çox bilirəm”.

Qeyd edək ki, Röya bir dəfə ailə qurub, boşanıb.