7019
18:05
08 Fevral 2020

Xalq artistinin oğlu Əməkdar artıstin qızı ilə evlənir

Bu gün Xalq artisti Fidan Qasımovanın oğlu Fərid və Əməkdar artist Nahidə Orucovanın qızı Bilqeyisin toyudur.

Lent.az axşam.az-a istinadla xəbər verir ki, bəy və gəlinin evindən olan fotolarını lentə alıb. N.Orucova qızını gəlin köçürən zaman göz yaşlarını saxlaya bilməyib.

Şəhər restoranlarından birində baş tutacaq toya aktrisa az sayda sənət dostunu dəvət edib.

Qeyd edək ki, Fərid və Bilqeyisin nişanı avqustda olmuşdu.