6349
17:05
06 Fevral 2020

Vahid Ələkbərov Rusiya milyarderlərinin siyahısında ikincidir

"Forbes" jurnalı Rusiya milyarderlərinin yeni siyahısını tərtib edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, siyahıya "Nornikel" şirkətinin əsas rəhbərlərindən biri Vladimir Potanin başçılıq edir. Onun sərvətinin 25,1 milyard dollar olduğu qeyd olunub.

Siyahıda ikinci yerində əslən azərbaycanlı olan Vahid Ələkbərov qərarlaşıb. "Lukoil" neft şirkətinin prezidenti olan həmyerlimizin sərvəti 25 milyard dollar dəyərində qiymətləndirilir.

Siyahının ilk üçlüyünü "Novatek" şirkətinin rəhbərlərindən biri Leonid Mixelson tamamlayıb. Onun sərvəti 24,9 milyard dollar təşkil edir.

Qeyd edək ki, Vahid Ələkbərov ilk dəfə Rusiya milyarderlərinin siyahısının ilk üçlüyünə düşüb.