2618
17:18
06 Fevral 2020

Azərbaycanda koronavirusa qarşı bütün tədbirlər görülüb? - NAZİRLİK

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, görüşdə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər.

İclası İctimai Şuranın sədri Rüstəm Salayev giriş sözü ilə açaraq il ərzində görülən işlər barədə məlumat verib.

Sonra koronavirusa qarşı görülən tədbirlər barədə nazirliyin sektor müdiri Viktor Qasımov məlumat verib. O bildirib ki, bu sahədə zəruri olan bütün vasitələr ölkəmizə gətirilib və bütün hazırlıq işlərini görülüb.

İctimai Şura üzvülərini maraqlandıran sualları Səhiyyə nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov tərəfindən cavablandırılıb.